Tato: "Transfer məsələləri ilə bağlı yayda düşünəcəm"
"Zirə"nin ispaniyalı yarımmüdafiəçisi Luiz Alberto Diezin (Tato) Sportal.az-a müsahibəsi:
- Bu gün "Zirə" 1 xal üçün oynayırdı?
- Biz qələbə üçün oynayırdıq. İlk hissədə daha yaxşı oynadıq. Amma ikinci hissədə "Neftçi" bizdən daha üstün oyun nümayiş etdirdi. Məqsədimiz qələbı idi.
- İkinci hissədə zəif oynamağınızın səbəbi nə idi?
- Bu, futboldu. İlk hissədə bizim, ikinci hissədə rəqibimizin üstün olması normaldır. Baxmayaraq ki , "Neftçi" son pillələrdə yer almasına baxmayaraq yaxşı komandadır. Onların yaxşı futbolçuları var.
- Son 2-3 oyunərzində atanız sizin oyununuzu stadiondan izləyirdi və siz daha həvəsli oynayırdınız, qollar vururdunuz... Atanız gedəndən sonra motivasiyalı deyilsiniz...
- Mən hər oyuna motivasiyalı çıxıram. Atamın oyunumu izləməsi yaxşı haldır. Amma mən əvvəlki kimiyəm.
- Demək olarmı artıq "Zirə" gümüş medalı tımin edib?
- Əgər riyazı cəhətdən bunu həll etmişiksə, bunu düşünmək olar. Məncə, hələ bu haqda danışmaq tezdir. "Qarabağ"la oyunu düşünməliyik.
- Klubun prezidenti Vüqar Astanov müsahibəsində bildirmişdi ki, avrokuboklara buraxılmasaq, öz futbolçularımızı avrokuboklarda çıxış edən klublara icaərəyə verə bilərik. Bəs, siz Azərbaycanda "Zirə"dən başqa hansısa klubda oynamaq istəyərsiz?
- Mən yalnız "Qarabağ"la oyun haqda düşünürəm. Transfer məsələləri ilə bağlı yayda düşünəcəm. Onu da qeyd edim ki, "Zirə"də qalmağı çox istəyirəm
- Karyeranızda titul qazanmısız?
- Peşəkar səviyyədə olmayıb. Uşaq yaşlarımda olub. Mənim 23 yaşım var. Hələ ki, gəncəm.
- Azərbaycanda ilk medalınızı qazanacaqsınız...
- Mənim üçün çox yaxşı olardı ki, medal qazanım. Çalışacağıq ki, çempionatı yüksək mövqelərdə başa vuraq.
- "Qarabağ" "Zirə"ni məğlub etsə, çempionluğunu rəsmiləşdirəcək. Həmin oyun çətin olmayacaq?
- Demək olar ki, "Qarabağ" ilk pilləni təmin edib. Amma biz öz meydanımızda məğlub olmamışıq. Bu matçda 3 xal üçün oynamağa dəyər.
- "Rasinq"in heyətində Xabi Alonsoya qarşı oynadığınız epizodun şəkli var. Həmin fotoya baxanda düşünmürsünüz ki, karyeranızda geri addın atmısınız?
- Şükürlər olsun ki, mən 18 yaşımda La Liqada debüt etmişəm. Bu o demək deyil ki, mən karyeramı mütləq İspaniyada davam etdirməliyəm. Ümid edirəm, hər şey yaxşı olar.
saytlarin hazirlanmasi