Samir Abasov: "Bu heyətdən cəmi 6 futbolçu saxlayacam"

16:37 - 24 Aprel 2016

"12-13 futbolçu ilə danışıqlara başlamışıq"

 

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edən "Sumqayıt" 2:3 hesablı qələbə qazanıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunsonrası keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

"Bilmirəm nə baş verirdi. Əgər mətbuat konfransına gəlmək məcbur olmasaydı, gəlməzdim. İstəyirəm ki, çempionat tez başa çatsın.

 

-  Əgər futbolçulardan narazısınızsa, əvəzediciləri oynadın...
- Əvəzedici heyətimiz çempionatda 3-cü yerdə gedir. Onların əziyyətin yerə vurmaq olmaz. Ona görə də, onları əsas komandaya gətimək düzgün olmaz".

 

- Vaqif Cavadov çoxlu top itkilərinə yol verirdi...

- Mən saydım. O, cəmi 3 dəfə topu itirdi. Vaqif meydanda ən yaxşılardan idi. 

 

- Mövsümün tez başa çatmağını istəməyənizə səbəb nədir?

- Heyəti tam dəyişəcəm. 12-13 futbolçu ilə danışıqlara başlamışıq. Bu heyətdən cəmi 6 futbolçu saxlayacam.

Xəbər xətti