Nika Kvekveskiri: "Komanda yeni mövsümdə də iddialı olsa, "İnter"də qalacam" MÜSAHİBƏ

11:55 - 25 Aprel 2016

"Burada özümü xoşbəxt hiss edirəm"
 
"İnter"in gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri Sportal.az saytına müsahibə verib
 
- “Qarabağ”la oyun haqda təəssüratlarını bölüşərdin...
- Düşünməzdim ki, bizdə motivasiya yox idi. Sadəcə öz səhvlərimzdən qol buraxdıq.  Belə məyusedici qoldan sonra “Qarabağ”kimi komandaya qarşı oynamaq çox çətindir.
 
- Oyunun ilk hissəsində rəqib azarkeşlərlə dialoqun oldu və çox əsəbi idin...
- Mən əsəbimdən əlimi qapı dirəyinə vurdum. Bundan sonra da azarkeşlər mənə etiraz etdilər. Düşünürəm ki, onlar haqlıdırlar. Azarkeşlər futbolun bəzəyidir. Çox xoşdur ki, mənim azarkeşlərlə heç bir problemim olmadı.
 
- Kubok matçında məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Kubok oyununda hər şey ola bilər. Fikrimcə, ilk oyunu öz meydanımızda keçirməyimiz rəqib üçün üstünlükdür. Buna görə də, ilk oyunda müdafiədə yaxşı oynamalıyıq ki, cavab oyununda istədiyimiz nəticəni əldə edə bilək.
 
- UEFA-nın qərarı oyununuza nə dərəcədə təsir edir?
- Biz peşəkar futbolçularıq. Düşünmürəm ki, UEFA-nın qərarı bizim oyunumuza təsir etsin. Biz çalışırıq ki, bu mövsüm avrokuboklara vəsiqə qazanaq və bu qadağa üzərimizdən götürülsün.
 
- Belçikanın “Ostend” və Qazaxıstanın “Kayrat” klublarının transfer hədəfindəsən. Mövsümün sonunda hansı qərarı verəcəksən?
- Bu, mənim adıma xoşdur. Amma “İnter”də hər şey məni qane edir və burada özümü xoşbəxt hiss edirəm. Mən ilk olaraq “İnter”lə danışıqlar aparacam. Komanda yeni mövsümdə də iddialı olsa, “İnter”də qalacam.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti