"Neftçi"nin Müşahidə Şurasını tərk etməlidir, amma klubu "skype" ilə də idarə edə bilər

11:49 - 26 Aprel 2016

Zaur Qəhrəmanov yeni vəzifə alıb  

 

“Neftçi”nin Müşahidə Şurasında yer alan Zaur Qəhrəmanov yeni vəzifəyə təyinat alıb.Sportal.az xəbər verir ki, o, “SOCAR Turkey Energy”nin baş direktoru təyin olunub. Qəhrəmanov buna qədər SOCAR Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

 

Yeni təyinatından sonra vaxtının çox hissəsini ölkə xaricində keçirməli olan Zaur Qəhrəmanov məntiqlə “Neftçi”nin Müşahidə Şurasını tərk etməlidir. Çünki bundan sonra əsas iş yeri Türkiyə olan Zaur bəyin klubun idarəetməsində, verilən qərarların icrasında iştirakı real görünmür. Ancaq söhbət “Neftçi”dən gedirsə, hər şey ola bilər. Ölkənin ən köklü klubu yazıçı, rəssam və s. peşə sahiblərinə tapşırıldıqdan sonra “Neftçi”də kifayət qədər məntiqsiz qərarlara şahidlik etmişik.

 

Qeyd edək ki, Zaur Qəhrəmanov “Neftçi”nin Müşahidə Şurası yaradılan gündən ora üzv təyin olunub. Ancaq futbol idarəçiliyində heç bir təcrübəsi olmayan, neft sektorunda çalışan Qəhrəmanovun şuraya hansı səbəbdən seçilməsi hələ də futbol ictimaiyyətinə qaranlıq qalır.

Xəbər xətti