"Rəhbərlik qarşıdakı oyunlar haqqında düşünməyimizi tapşırdı" MÜSAHİBƏ

00:17 - 27 Aprel 2016

"Fikrimcə, buraxdığmız qol oyuna necə başlamağımızın nəticəsi idi"
 
AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşkonun Sportal.az-a müsahibəsi: 
 
- Premyer Liqanın son turunda "Rəvan"a məğlub oldunuz...
- Ola bilər. Biz bilirdik ki, çox çətin qarşılaşma olacaq. Şansı əldən verdik, çox bərbad oynadıq.  Göstərdiyimiz oyuna görə məğlub olduq. Çox zəif çıxış etməyimizin səbəbini demək çətindir. 
 
- Hər hansı səbəb olmalıdır...
- Bütün futbolçuların əvəzinə danışa bilmərəm. Düşünürəm ki, biz oyuna çox yaxşı köklənmişdik. Amma kənərdan belə hiss olunurdu ki, rəqibi yaxşı qiymətləndirməmişik.
 
- Düşünmək olar ki, meydana tam arxayın çıxmışdınız...
- Bəli, belə təəssürat var idi ki, meydana çıxıb qalib gələcəyik. Bir daha təkrar edirəm ki, çox bərbad oynadıq.
 
- Buraxdığın qolda müdafiəçilərin səhvi oldumu?
- Düşünürəm ki, bu, komanda səhvi idi. Siz də oyuna necə başladığımızı gördünüz. Özümüz-özümüzə qol vəziyyətləri yaratmağa başladıq. Fikrimcə, buraxdığmız qol oyuna necə başlamağımızın nəticəsi idi. 
 
- Rəhbərlik soyunub-geyinmə otağında futbolçulara nəsə dedi?
- Xüsusi bir şey demədilər. Sadəcə, oyun haqqında danışdıq. Rəhbərlik  qarşıdakı oyunlar haqqında düşünməyimizi tapşırdı. Bizim qarşıda  "Xəzər Lənkəran”la çox çətin ev qarşılaşmamız var. Söhbət daha çox bununla bağlı idi. 
 
- Deyilənə görə, paltardəyişmə otağında komandanın kapitanı Rail Məlikovun halı pisləşmişdi...
- Bu barədə sizdən öyrənirəm. Açığı, hələ də xəbərdar deyiləm.
 
- Avrokuboklara vəsiqə verən 6-cı yer uğrunda "Neftçi” ilə mübarizə aparırsınız. Elə hallar olur ki, "Neftçi” xal itirəndə siz də məğlub olursunuz. Bu, təsadüfdür, yoxsa?
- Razıyam ki, "Neftçi” ilə aramızdakı xal fərqini 7-ə yüksəltmək şansımız var idi. Başa düşürük ki, "Rəvan”la matç 6 xallıq oyun idi.  Elə komanda ilə oynayırdıq ki, ondan xal almaq mümkün idi. Onu da, bilirdik ki, rəqib meydanın hər qarışı uğrunda mübarizə aparacaq və bizə xal verməyəcək.  Yəqin ki, sizin dediyiniz təsadüfdür. Bunun hər hansı xüsusi hal olduğunu düşünmürəm ki, onlar məğlub olanda biz də məğlub oluruq. Gördüyünüz kimi, bizə səfərdə xal qazanmaq hələ də çətindir. 

Xəbər xətti