"Qarabağ", "Lester Siti", "Bavariya"...

13:29 - 30 Aprel 2016

Bu həftə Avropada hansı klublar çempionluğunu rəsmiləşdirəcək?
 
Avropada çempionatların son turları oynanılır.
 
Sportal.az xəbər verir ki, Fransada PSJ, Kiprdə APOEL, Yuannıstanda "Olmpiakos", İtaliyada "Yuventus" klubları artıq çempionluqlarını rəsmiləşdirib.
 
Bu həftə Avropanın yaşıl meydanlarında keçiriləcək bəzi matçlarda bir neçə klub çempionluğunu elan edəcək.
 
İngiltərə Premyer Liqası, "tülkülər" tarix yaza biləcək?
Bu həftə İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçiriləcək. Premyer Liqada çempionluq uğrunda gedən gərgin mübarizə bu tur başa çata bilər. Lider "Lester Siti" səfərdə "Mançester Yunayted"i məğlub edəcəyi təqdirdə ən yaxın izləyicisi "Tottenhçem"in əldə etdiyi nəticədən asılı olmayaraq çempionluğunu rəsmiləşdirəcək.
 
1 may / "Mançester Yunayted" - "Lester Siti"
2 may / "Çelsi" - "Tottenhem"
 
"Bavariya"ya 3 xal kifayət edir...
Bundesliqada sona 3 tur qalmış "Bavariya" zirvədəki yerini qoruyur. Dortmund "Borussiya"sını 7 xal qabaqlayan "Bavariya" "Borussiya" Münhenqladbaxı məğlub edəcəyi halda çempionluğunu elan edəcək.
 
30 aprel / 18:30 "Bavariya" - "Borussiya" Münhenqladbax
30 aprel / 18:30 "Borussiya" Dortmund - "Volfsburq
 
Azərbaycan Premyer Liqası
Bu gün Premyer Liqada 32-ci tura start veriləcək. 72 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" "Zirə"nin qonağı olacaq. Ağdam təmsilçisi bu matçda qalib gəlsə, çempionluğunu edəcək.
 
1 may / 19:00 "Zirə" - "Qarabağ"
 
"Bazel" 5 tur qalmış çempionluğunu rəsmiləşdirə bilər...
İsveçrə Super Liqasında bu həftə 35-ci turun görüşləri keçiriləcək. "Bazel" "Sion"u məğlub edərsə, çempionluğunu rəsmiləşdirəcək.
 
30 aprel / 22:00 "Bazel" - "Sion"
 
Çexiyada çempion bəlli olacaq?
Çexiya Sinot liqasında 27-ci turun görüşləri keçirlir. Turnir cədvəlinə başçılıq edən "Viktoriya" Plzen doğma meydanında "Banik Ostrava"nı qəbul edəcək. Plzen təmsilçisi görüşdən 3 xalla ayrılacağı təqdirdə Çexiya çempionu olacaq.
 
30 aprel / 20:15 "Viktoriya" Plzen - "Banik Ostrava"
 
"Dinamo" Zaqreb ardıcıl 11-ci dəfə bacaracaqmı?
Xorvatiya 1-ci Liqasında 34-cü turun oyunları keçirlir. "Dinamo" Zaqreb liqanın autsayderi hesab edilən "İstra"nı məğlub etsə, "Ryeka" isə"Hayduk Split"ə məğlub olsa, "Dinamo" çempionluğunu elan edəcək. Bu baş verəcəyi təqdirdə "Dinamo" Zaqreb ardıcıl 11-ci dəfə Xorvatiya çempionu olacaq.
 
30 aprel / 21:00 "Dinamo" Zaqreb - "İstra"
1 may / "Ryeka" - "Hayduk" Split
 
Çempionluqdan 3 xal uzaqda...
Rumıniya 1-ci Liqasında "Astra" çempionluğun bir addımlığındadır. "Astra" Dinamo" Buxaresti məğlub edəcəyi halda Rumıniya çempionu olacaq.
 
2 may / 21:30 "Astra" - "Dinamo" Buxarest
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti