Şenol Günəş: "Qarabağ"la oynamaqdan şərəf duyarıq"

12:00 - 1 May 2016

"Azərbaycan ilə eyni duyğuları paylaşırıq"

 

Türkiyə Superliqasının 31-ci turu çərçivəsində keçirilən "Beşiktaş" - "Kayserispor" (4:0) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Şenol Günəş maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı jurnalistin "Qarabağ"la yoldaşlıq oyunu keçirməsinin mümkünlüyü barədə sualına cavab verən Günəş bunları qeyd edib: 

 

"Biz Azərbaycan ilə eyni millətik və eyni duyğuları paylaşırıq. Buna görə də Azərbaycanın ən güclü klublarından olan "Qarabağ"la qarşılaşmaqdan şərəf duyarıq. İnşallah bir gün ya orada, ya da burada bir matç keçirərik".

Xəbər xətti