Samir Abasov: "Penalti vurmaq üçün 2 top xahiş etməliyik"

18:27 - 1 May 2016

"O qədər bəd aura var ki, üzərimizdə, belə də olur"

 

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "İnter"in qonağı olan "Sumqayıt" 2:2 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

"- Bu cür oyunlar da olur. O qədər bəd aura var ki, üzərimizdə, belə də olur. Ötən tur da Gəncə təmsilçisi ilə çoxsaylı qol imkanlarını qaçırdıq. Təki Rauf Əliyevə heç nə olmasın".


- İkinci penalti epizodunda Vaqif Cavadovla Murad Ağayev topun kimi vuracağı üstündə mübahisə etdi...
- Bizim ştat penaltiçimiz Pərdisdi. İkinci penalti isə Amil Yunanovun olmalıdı. Nə deyim, bundan sonra gərək xahiş edək ki, penalti vurmaq üçün bizə 2 top versinlər.

Xəbər xətti