Zaur Svanadze: "Həmin an ən düzgün addım bu idi"

18:46 - 1 May 2016

"Çox acıyıram"

 

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "İnter"in qonağı olan "Sumqayıt" 2:2 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:

 

- Bu cür oyundan sonra danışmaq çətindi. Sevinirəm ki, xalı xilas edə bildik. Ancaq oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq.


- Sezar Meza Kollini Kamran Ağayev qırmızı vərəqə aldıqdan sonra oyundan aldınız. Hücumameylli futbolçunu çıxararkən, şüuraltı olaraq hesabın 1:3 olacağını düşündünüz və böyük hesabla məğlub olmamağı gözünüzün önünə aldınız?
- Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.

Xəbər xətti