Qurban Qurbanov Azərbaycan çempionatları tarixində ilkə imza atdı

01:00 - 2 May 2016

Ardıcıl 3-cü dəfə çempionluq yaşayan yeganə məşqçi
 
Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Zirə” üzərində 2-0 hesablı qələbə qazanan "Qarabağ” arıdıcl üçüncü dəfə çempionluğunu rəsmiləşdirib. 
 
Sportal.az xəbər verir ki, arıdıcl üçüncü çempionluq "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 44 yaşlı təcrübəli mütəxəssis Azərbaycan çempionatlarında ardıcıl üç dəfə çempionluq sevinci yaşayan yeganə baş məşqçi olub.
 
Qeyd edək ki, bunadək Kazbek Tauyev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov və Böyükağa Hacıyev ardıcıl iki dəfə çempion olmağı bacarmışdılar.

Xəbər xətti