- Matça çox yaxşı hazırlaşmışdıq. Dramatik oyun keçdi. Qırmızı vərəqələr, penaltilər... Bərabərlik topunu da son dəqiqələrdə vurduq. Bu heç-heçə bəlkə də, 3 xala bərabərdi. 60 dəqiqədən çox bir nəfər azlıqda çıxış etdik. Məncə, 1 xal qazandığımız üçün sevinməliyik.
- Bəlkə də, bizim 10 nəfərlə qalmağımız rəqibi arxayınlaşdırdı. Amma uşaqlar sağ olsunlar ki, 1 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bunun da bəhrəsini gördük. Şübhəsiz ki, bunu çempionatın ən maraqlı oyunlarından biri saymaq olar. Premyer Liqada 3-cü yer uğrunda mübarizədən qopmamaq üçün heç olmasa heç-heçə etməliydik.
- Doğru qeyd etdiniz. Rəqib qol şanslarını dəyərləndirə bilmədikcə, bu, bizə əlavə stimul verdi. Sona qədər də gücümüzü ortaya qoyduq. Əziyyətimiz hədər getmədi.
- Ola bilsin ki, “Sumqayıt”la oyunlar çempionatın ağır vaxtlarına düşür, təqvim sıx olur. Xüsusi vurğulamazdım ki, “Sumqayıt”a qarşı oyunumuz alınmır. Görünür, çətin vaxtlarımız “Sumqayıt”la qarşılaşmaya təsadüf edir.
- Bunun da müəyyən təsiri olub. Amma çalışırıq həmin görüşü unudaq. Çünki qarşıda hələ kubokun cavab matçı, həmçinin çempionatda 4 oyun qalır. Məqsədimiz mövsümü ilk “üçlük”də bitirməkdi. Bunun üçün də sona qədər “vuruşacağıq”.
- Demək olar ki, bəli, unutmuşuq. Düzdü, “Qarabağ”la cavab matçı var. Meydanda əl-qolumuzu aşağı salmayacağıq. “İnter”in adı üçün çıxıb mübarizə aparacağıq. Ancaq etiraf etməliyəm ki, finala çıxmaq şanımız var amma maksimum 20-30 faiz.
- Yalnız bunun üçün çalışırıq. İstəyirik bu mövsüm avrokuboklara vəsiqə qazanıb, cəzanı bitirək. Ondan sonra gələn mövsümə daha ciddi və ruh yüksəkliyi ilə hazırlaşmaq olar. Son 4 turu itkisiz başa vurub, hədəfimizə çatmaq istəyirik.