Rövnəq Abdullayevin oğlu Türkiyədə aranı qatdı QALMAQAL

12:12 - 3 May 2016

2 min türk lirəsi cərimələndi
 
AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə qalmaqalla gündəmi zəbt edib.
 
Sportal.az “Sözçü” qəzetinə istinadən xəbər verir ki, Rəşad Abdullayev dünən axşam Türkiyədə - Otaköydə yol polisləri tərəfindən saxlanılıb.
 
Dostları ilə birlikdə gecə klublarından içkili vəziyyətdə çıxan AFFA prezidentinin oğlu polisə müqavimət göstərib və yoxlanılmaqdan boyun qaçırıb. Rəşad Abdullayev polislərdən dərhal onu buraxmalarını tələb edib. Polisin "yox" cavabından əsəbləşən Abdullayev Kaliforniya, Qətər və Azərbaycan sənədlərini (sürücülük vəsiqəsi) çıxarıb polisə tərəf ataraq "hansını istəyirsən, götür, sənin olsun, seç" deyib. Amma bütün bunlar AFFA prezidentinin oğlunun 2 min türk lirəsi cərimələnməsinə və Kaliforniya sənədlərinə iki illik qadağa qoyulmasına mane olmayıb.
 
Yol polislərini xeyli məşğul edən kiçik Abdullayev cangüdənlərini də orda buraxıb, dostlarının gətirdiyi avtomobilə əyləşərək, ordan uzaqlaşıb.

Xəbər xətti