Alesksey Qayın sarı vərəqsi ləğv edildi

12:30 - 3 May 2016

Rəşad Sadiqov 1 oyunluq cəzalandı
 
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, FİFA referisi Əlyar Ağayevin Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi” – "Qəbələ” matçındakı idarəçiliyi əsas müzakirə mövzusu olub.
 
Həmin matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Oyunun 74-cü dəqiqəsində "Qəbələ”nin futbolçusu  Aleksey Qay və 86-cı dəqiqədə "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.
 
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
 
Aleksey Qaya və Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.
 
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.

Xəbər xətti