Kamran Ağayev və Cəmil Hacıyevin cəzası bəlli oldu

12:58 - 3 May 2016

"Qarabağ" da cərimələndi
 
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bır sıra qərarlar verilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 32-ci turunun "İnter” – "Sumqayıt” matçının 27-ci dəqiqəsində "İnter”in futbolçusu Kamran Ağayev Amil Yunanovu qol vurmaqdan məhrum etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
 
Oyunun 90+1-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.
 
Azərbaycan Premyer Liqasının 32-ci turunun "Zirə” – "Qarabağ” matçı başa çatdıqdan sonra "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Xəbər xətti