Nazarov "Karlsrue"dən ayrılır?
Millimizin yarımmüdafiəçisi Dmitri Nazarov karyerasını Almaniyanın Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, II Bundesliqada çıxışedən "Karlsrue"nin şərəfini qoruyan NAzarov növbəti mövsümdən Bundesliqa klublarının birində çıxış edə bilər. Bu haqda məlumatı Almaniya mətbuatı yayıb. Məlumatda Nazarovla maraqlanan klubun adı qeyd edilməyib.
Qeyd edək ki, Dmitri Nazarov 2013-cü ildən "Karlsrue"də çıxış edir və mövsümün sonunda klubla müqaviləsi başa çatacaq.
saytlarin hazirlanmasi