Yarımfinal mərhələsinin cavab qarşılaşmaları
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub. “Qəbələ” klubu “Neftçi”ni qəbul edib. 90 dəqiqə ərzində qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə daha dəqiq oynayan "Neftçi" adını finala yazdıra bilib.
Digər görüşdə isə “Qarabağ” “İnter”i qəbul edib. İlk görüşdə 4:0 hesablı qələbə qazanan "Qarabağ" bu matçda da 1:0 hesablı qələbə qazanaraq finalda "Neftçi"yə rəqib olub.
4 may (çərşənbə)
Azərbaycan kuboku, yarımfinal mərhələsinin cavab oyunları
16:00.“Qəbələ” – “Neftçi” - 1:1
QOL: Ermin Zets, 76 - Ruslan Qurbanov, 59 (pen: 3:4)
(İlk oyun – 1:1)
Aleksey Qay +, Aleksey Antonov +, Ermin Zets +, Vitali Vernidub -, Samir Zərgərov -
Erik Ramos +, Jairo Filyo +, Araz Abdullayev +, Anyete -, Ruslan Qurbanov +
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
19:00.“Qarabağ” – “İnter” 1:0
Qol: Migel Madera,23
(İlk oyun – 4:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
"Əlincə Arena"
saytlarin hazirlanmasi