"Bəlkə də, MOİK-də qaldım"
Yayılan məlumatlara görə, Azərbaycan I Divizionununda 17 qolla bombardirlik siyahısına liderlik edən MOİK-in futbolçusu Röyal Nəcəfovun adı Türkiyə klubları “Iğdır Arasspor”, “Qarsspor” və “Adıyamanspor”la hallanır.
Bu barədə Sportal.az-a danışan Nəcəfov bunları qeyd edib:
"Təkliflərin olması düz məlumatlardı. Lakin, dəqiq heçnə yoxdu. Son 2 turu gözləyirəm. Ondan sonra oturub ətraflı düşünməyə vaxtım olacaq. Həm Türkiyədən, həm də özümüzdən təkliflər var. Ancaq, bu o demək deyil ki, MOİK-dən ayrılacam. Bəlkə də, yeni mövsümdə də MOİK-də qaldım. Bu barədə birlikdə söhbət edib qərar verəcəyik".
saytlarin hazirlanmasi