2-ci tur
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ikinci matçına çıxıb.
Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası bu dəfə Belçika ilə üz-üzə gəlib. İlk matçında Portuqaliyaya 5:0 hesabı ilə darmadağın olan millimiz bu oyunda da qələbəyə həsrət qalıb. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da millimizin 1/4 finala çıxmaq şansı bir qədər də azalıb.
8 may
A qrupu, II tur
19:00. Azərbaycan – Belçika - 1:1
QOLLAR: Murad Mahmudov, 77 - Adrien Bonqivanni, 72
"Bakcell Arena"
saytlarin hazirlanmasi