"Neftçi" və "Qəbələ" cərimələndi

14:34 - 10 May 2016

Komitənin nöbəti iclası
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsi və  Azərbaycan Premyer Liqanın 33-cü turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
 
Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klublar  1000 manat cərimə olunub.
 
Oyunun 113 - cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
 
Azərbaycan Premyer Liqanın XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Xəbər xətti