AFFA rəsmisi: "Ölən şəxs könüllü deyildi" AKTUAL

15:48 - 10 May 2016

"Həmin şəxsin AFFA ilə əlaqəsi yox idi"
 
17 yaşlılar arasında keçirilən Avropa çempionatının açılış mərasimindən sonra Bakı Olimpiya Stadionundan evinə qayıtmaq istəyən bir gəncin ehtiyatsızlıq üzündən həyatını itirməsi haqda məlumat vermişdik.
 
Bu hadisənin detallarını araşdırmaq üçün AFFA-nın mətbuat xidmətinin əməkdaşı Firuz Abdullaya müraciət etdik. Sportal.az saytına açıqlama verən Firuz bəy ölən gəncin AFFA ilə heç bir əlaqəsinin olmadığını dedi:
 
"İlk növbədə Allah rəhmət eləsin, çox pis oldum. Dünyasını dəyişən gəncin yaxınlarına səbirli olmağı diləyirəm. Amma mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Orxanın könüllü olduğunu yazırlar, lakin o könüllü deyildi. Heç onun AFFA ilə əlaqəsi də yox idi. Onun adı könüllülərin siyahısında yoxdur. Bilmirəm ki, bu xəbərlər hardan çıxır. Bəlkə də kimlərsə bilə-bilə bu xəbərləri yazırlar".

Xəbər xətti