"Zirə" və digər klublar haqda qərar mayın 16-sı bilinəcək

00:49 - 11 May 2016

Hansı komandalar avrokuboklara yollanacaq?
 
"Zirə"nin 2016-2017 avrokuboklar mövsümündə çıxış edib-etməyəcəyi mayın 16-da bəlli olacaq.
 
Sportal.az xəbər verir ki, həmin gün AFFA-nın lisenziyalaşdırma komissiyasının iclası baş tutacaq. Məhz həmin iclasda həm debütantın, həm də digər klublarımızdan hansıların avrokuboklara yollanacağına aydınlıq gələcək. 
 
Qeyd edək ki, UEFA-nın qaydalarına görə, avrokuboklara vəsiqə qazanan klub ən azı üç il fəaliyyət göstərməlidir. Amma "Zirə" nin cəmi iki yaşı var ki, qitə futbol qurumunun bunu əsas gətirib, zirəliləri Avropa Liqasına buraxmayacağı gözlənilir.

Xəbər xətti