Nazarov "Karlsrue"dən ayrılır?
Millimizin yarımmüdafiəçisi Dimitri Nazarov karyerasını Almaniyanın Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, II Bundesliqada çıxış edən "Karlsrue"nin şərəfini qoruyan Nazarov növbəti mövsümdən Bundesliqada çıxış edən "İnqolştadt"da oynaya bilər. Belə ki, "Karlsrue"nin baş məşqçisi Markuş Kauçjinzski "İnqolştadt"la iki illik müqavilə imzalayıb. 46 yaşlı mütəxəssis millimizin futbolçusu Dimitri Nazarovu "İnqolştadt"a gətirmək istəyir.
Qeyd edək ki, Dimitri Nazarov 2013-cü ildən "Karlsrue"də çıxış edir və mövsümün sonunda klubla müqaviləsi başa çatacaq.
saytlarin hazirlanmasi