Premyer Liqanın 34-cü turunda neçə azarkeş qeydə alındı? FOTOLAR

10:37 - 12 May 2016

5 oyuna 15 min 50 tamaşaçı
 
Azərbaycan Premyer Liqasının 34-cü turu keçirilən 5 matçla arxada qalıb.
 
Sportal.az xəbər verir ki, baş tutan 5 matçda 15 min 50 azarkeş qeydə alınıb. Ən çox azarkeş Gəncədə qeydə alınıb. Belə ki, burada baş tutan "Kəpəz" - "Neftçi" (1:2) qarşılaşmasında 12 min 50 izləyici olub.
 
"Qarabağ" - "Qəbələ" (2:0) oyununda isə 1500 tamaşaçı qeydə alınıb. "Sumqayıt" - "Rəvan" (3:1) matçında 800, "İnter" - "Xəzər Lənkəran" (2:1) oyununda 550, AZAL - "Zirə" (1:1) qarşılaşmasında isə 200 izləyici olub.
 
 
 

Xəbər xətti