"Neftçi"nin oyunçuları Gəncədə daşa basıldı

13:29 - 12 May 2016

"Kəpəz" - "Neftçi" matçında
 
Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Neftçi" matçından sonra xoşagəlməz olaylar yaşanıb.
 
Sportal.az azerisport-a istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydan sahiblərinin qapısına təyin olunan penaltidən sonra gəncəli azarkeşlər "Neftçi"nin futbolçularına tərəf plastik su qabları atmağa başlayıblar.
 
Hakimin final fitindən dərhal sonra isə qonaq komandanın üzvləri daşa basılıb. Düzdü, azarkeşlər həmin daşları futbolçulara yox, onların yanına atıb. Amma buna görə qonaq komandanın üzvləri 15-20 dəqiqə meydanı tərk edə bilməyiblər və mərkəzdə toplaşaraq olayların yatırılmasını gözləyiblər.

Xəbər xətti