"Bir il mənim üçün itki oldu"
"İnter”in hücumçusu Rauf Əliyev Sportal.az-a müsahibə verib:
Çalışıram ki, əvvəlki formamı bərpa edim. Çünki qarşıda milli komandamızın toplanışı var. Həmin toplanışlara qatılmaq istəyirəm. Komandamız üçün əsas məsələ, Avropa Liqasına vəsiqə verən yeri təmin etməkdir. Mövsümün sonuna iki tur qalıb. Cari mövsümdə bu yeri təmin etməliyik ki, növbəti ildə avrokuboklara qatıla bilək. Son iki turu da maksimum nəticə ilə başa vursaq, mövsümün bizim üçün yaxşı keçdiyini deyə bilərik.
- Zədə səbəbindən uzun müddət oynaya bilmədin. Sonuncu dəfə vurduğun qolu xatırlamaq olmur...
- Doğrudan da bir il mənim üçün itki oldu. "Neftçi”də oynamadım. "İnter”ə gəlim, Avropa Liqası oyununda qol vurdum, amma zədə səbəbindən xeyli müddət yaşıl meydanlardan kənarda qaldım. Qarşıda oyunlar var və toparlanmaq istəyirəm.
- Belə çıxır ki, xeyli müddət kənarda, kölgədə qalsan da, Rauf Əliyevi siyahıdan "silmək” olmaz...
- Əlbəttə ki, bir il futbol oynamırsansa, nəinki kölgədə qalırsan, hətta siyahıdan da "silinirsən”. Xeyli müddət oynamadım, hamı da durumumla bağlı maraqlanırdı. Amma "İnter”də özümü toplayıb, yenidən özümü göstərmək istəyirəm.
- Son vaxtlar elə bil, "qara zolağ”a düşmüsən. Uzunmüddətli zədədən qayıtdın, sonra rəqib futbolçu ilə toqquşmada xəsarət aldın. Bu, nə ilə bağlıdı?
- Ötən oyun mənə görə məyus olmuşdular, bu dəfə isə İlkin Qırtımova görə üzüldük. Elə bil, komandamızda bədlik var.