Yusif Nəbiyev "Sumqayıt"ın hədəfində
Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Sumqayıt" "Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyev üçün qarşı tərəfə rəsmi təklif göndərib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "Sumqayıt" 19 yaşlı müdafiəçini 2 illik icarəyə götürmək fikrindədir. "Sumqayıt"ın sol cinah müdafiəçisi Slavik Alxasov "İnter"lə ilkin razılıq əldə etdiyi üçün "kimyaçılar" sol cinahda yaranacaq boşluğu Yusif Nəbiyevlə doldurmaq istəyir.
saytlarin hazirlanmasi