Kamran Abdullazadə: "Əsas komandaya qayıtmamışam"

16:13 - 13 May 2016

Əvəzedici heyətlə məşq edir

 

Son günlər mətbuatda "Xəzər Lənkəran"ın qış fasiləsində əvəzedici heyətə göndərdiyi Kamran Abdullazadənin əsas komandaya qaytarılması ilə məlumat yayılmışdı.

 

Məlumatı dəqiqləşdirmək üçün futbolçu ilə əlaqə saxladıq. Gənc yarımmüdafiəçi Sportal.az-a verdiyi açıqlamada bunun həqiqətə uyğun olmadığını bildirib. O, əvəzedici heyətlə məşqlərə çıxdığını deyib: "Əsas komandaya qayıtmamışam. Əvəzedicilərlə məşq edirəm".

 

Xəbər xətti