5 oyuna 2 min 900 tamaşaçı
Azərbaycan Premyer Liqasının 35-ci turu keçirilən 5 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, baş tutan 5 matçda 2 min 900 azarkeş qeydə alınıb. Ən çox azarkeş Qəbələdə qeydə alınıb. Belə ki, burada baş tutan "Qəbələ" - AZAL (2:0) qarşılaşmasında 1000 izləyici olub.
"Zirə" - "Kəpəz" (2:2) oyununda isə 800 tamaşaçı qeydə alınıb. "Neftçi" - "İnter" (4:2) matçında 500, "Rəvan" - "Qarabağ" (2:1) oyununda 400, "Xəzər Lənkəran" - "Sumqayıt (1:2) qarşılaşmasında isə 200 izləyici olub.
saytlarin hazirlanmasi