Premyer Liqada mövsümün rekordu təkrarlandı

12:30 - 16 May 2016

35 tura 378 qol
 
Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.
 
Sportal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, XXXV turun 5 oyununda qapılara 18 qol vurulub. Yalnız AZAL-ın qol vura bilmədiyi turun “Neftçi” – “İnter” (4:2) görüşündə 6, “Zirə” – “Kəpəz” (2:2) qarşılaşmasında 4 top qeydə alınıb. “Xəzər Lənkəran” – “Sumqayıt” (1:2) və “Rəvan” – “Qarabağ” (2:1) matçlarında azarkeşlər 3 qol, “Qəbələ” – AZAL (2:0) oyununda isə 2 qol görüb. Bununla da turun orta məhsuldarlığı 3,60-a bərabər olub. Bu göstərici cari mövsümün rekordunun təkrarıdır. Belə ki, XXVI turun 5 oyununda da 18 qol qeydə alınmışdı.
 
Xatırladaq ki, 35 turun 175 oyununda ümumilikdə 378 qol vurulub və məhsuldarlıq 2,16-ya bərabərdir.
 
tur
qol
məhsuldarlıq
1
7
1,4
2
10
2
3
8
1,6
4
9
1,8
5
12
2,4
6
9
1,8
7
15
3
8
14
2,8
9
7
1,4
10
10
2
11
9
1,8
12
15
3
13
12
2,4
14
6
1,2
15
8
1,6
16
7
1,4
17
9
1,8
18
13
2,6
19
8
1,6
20
10
2
21
8
1,6
22
8
1,6
23
6
1,2
24
11
2,2
25
13
2,6
26
18
3,6
27
15
3
28
8
1,6
29
12
2,4
30
9
1,8
31
9
1,8
32
16
3,2
33
15
3
34
14
2,8
35
18
3,6
Cəmi
378
2,16
 

Xəbər xətti