"Bizim əsas işimiz futbolçu yetişdirməkdir"
"Rəhbərliklə belə qərar verdik ki, bütün komanda ilə eyni sistemdə çalışacağıq. Aşağı yaş qrupları əsas komandaya çatdıqdan sonra uyğunlaşma üçün onlara vaxt lazım olur, amma yeni sistemdə bunun qarşısını alacağıq. Aşağı yaş qruplarından futbolçu yetişdirmək istəyirik"
Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
Paytaxt klubunun çalışdırıcısı komandada olan dəyişikliklərdən də danışıb:
"Komandada dəyişiklər olub. Əvəzedici heyətdə Ayxan Abbasov çalışacaq. Elnur Codarov isə U-19 komandasına rəhbərlik edəcək. Hamımız eyni sistemdə çalışacağıq. Zaur Həşimov da əsas komandada məşqçi kimi işləyəcək. Zaura təklifimizi qəbul etdiyi üçün təşəkkür edirəm. Bizim əsas işimiz futbolçu yetişdirməkdir".
saytlarin hazirlanmasi