Adil Şükürov: "Daha 3 legioner futbolçu ilə danışıqlar aparılır"

13:38 - 26 İyun 2016

"Yerli futbolçularımızı da Avropa klublarına yönəltməyə çalışacağıq"
 
"Zirə"nin baş məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib.
 
Paytaxt klubunun çalışdırıcsı heyətə yeni legionerlərin cəlb olunacağını bildirib:
 
"Bir futbolçu ilə müqavilə demək olar ki, hazırdı. Yaxın günlərdə bizə qatılacaq. Daha 3 legionerlə də danışıqlar aparırlır. Nelson Bonillanı Portuqaliyanın "Nasional" klubuna satdıq. Həmin komanda ilə əlaqələrimiz var. Yerli futbolçularımızı da Avropa klublarına yönəltməyə çalışacağıq".

Xəbər xətti