Gina-Lisa Lohfink cəriməni ödəməkdən imtina etdi
Azərbaycan millisinin futbolçusu Pərdis Fərcad-Azadı zorlamaqda təqsirləndirən almaniyalı Gina Lisa-Lohfink Berlin məhkəməsinin verdiyi qərara etiraz olaraq apellyasiya şikayəti edib.
Sportal.az "tagesspiegel.de" saytına istinadən xəbər verir ki, məhkəmə modelyeri 27 min avro cəzalandırmışdı.Gina-Lisa isə qərara etiraz edərək apellyasiya şikayəti edib. O, Sebastian və Pərdis Fərcad-Azadın "qurbanı" olduğunu bildirib. Gina-Lisa hər iki şəxsi seks videosunu internetdə yayımlamaqda günahlandırır. Bundan əlavə, modelyer hər iki şəxs tərəfindən zorlandığını da iddia edir və seksin görüntülərini yaydıqları üçün cəzalanmalarını tələb edir.
Qeyd edək ki, məhkəmə Pərdis Fərcad-Azadı və Sebastianı 1500 avro məbləğində cəzalandırmışdı.
Məhkəmənin növbəti prosesi avqust ayında keçiriləcək.
saytlarin hazirlanmasi