"Ötən mövsüm onların Avropa Liqasındakı bəzi oyunlarını da izləmişəm"
"Qarabağ" yoldaşlıq matçında "Zenit"i 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Ramil Şeydayev matçdan sonra fikirlərini bildirib:
"Qol vurmaq istəyim alınmadı. Növbəti matçlarda fərqlənməyə çalışacam. Bu oyun mənim üçün xüsusi maraq kəsb edirdi. "Qarabağ"ın necə oynadığını görmək istəyirdim. Onların oyununu çox bəyəndim. Topla yaxşı rəftar edirdilər. Heyətlərində güclü futbolçular var. "Qarabağ" həmişə avrokuboklarda oynayır. Ötən mövsüm onların Avropa Liqasındakı bəzi oyunlarını da izləmişəm".
saytlarin hazirlanmasi