"Mən Zenyova güvnirəm və ona inanıram"
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Samtredia” ilə keçirəcəkləri matçöncəsi jurnalistlərin suallarını cabalandırıb.
Sportal.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:
- Komanda ötən mövsüm “Dinamo” Tiblisi ilə qarşıalşmışdı. Bu dəfə də Gürcüstan təmsilçisi ilə qarşılaşacaqsınız. Komandada abu-hava necədir?
-Artıq bunu müzakirə etmək istəməzdim. Komandamız yenidir. Qısa bir vaxt ərzində hazırlaşmışıq. Heyətimizdə yeni futbolçular var. Komandada abu-hava yaxşıdır. Sabah əlimizidən gələni edəcəyik.
- Yeni futbolçular komandaya uyğunlaşıblar? Start heyəti müəyyənləşdirmisiniz?
- Start heyəti müəyyənləşdirmişəm. Amma açıqlamayacam. Bildiyiniz kimi kollektivimizə gənc futbolçular da qoşulub. Yeni transferlərimizdən hücumameyilli futbolçular çoxluq təşkil edir. Onlar yoldaşlıq görüşündə yaxşı təsir bağışlamışdılar.
- Rəqibi necə dəyərləndirirsiniz?
- Rəqib hücumayelli futbol oynayır. Onları yaxşı analiz etmişdik. “Samtredia”nın qarşısını almaqda çətinlik çəkəcəyik. Öz oyunumuzu nümayiş etdirsək, qalib gələ bilərik.
- “Dinamo” Tiblisi ilə “Samtredia” arasında nə fərq var?
- “Dinamo” Tiblisi bu mövsüm çempion olub. Mən bu iki komandanı müqayisə etmək istəməzdim. Rəqibimiz çox ciddidir.
- Gürcüstandakı hazırlığın komandaya xeyri olacaq?
- Orada hava çox sərin keçdi. Rəhbərlik bizə yaxşı şərait yaratdı. Hazırlığımız yüksək səviyyədə oldu.
- Zenyovu son anda komandada saxladınız. Hücumçu tapa bilmədiyiniz üçün estoniyalını saxladınız?
- Onun bizimlə müqaviləsi var. Mən Zenyova güvnirəm və ona inanıram.
- İnanırdınınızsa, əvvəlcədən niyə aparmadınız?
- Zenyov əvvəlcə fərdi məşq edirdi. Daha sonra o hazır oldu və komandaya qatıldı. Bu gün biz faktdan danışırıq. Zenyov biizm futbolçumzudur.
- Ötən mövsüm həmişə 5:0 hesablı qələbən danışırdınız. Bu gün isə susmusnuz...
- Mən istəyirəm ki, 6:0 hesabı ilə qalib gələk. Amma bu, çətindir. Çünki rəqib güclüdür.
- Favorit olmağınız komandanı arxayınlaşdırmır?
- Düşünmürəm ki, sabah biz favoritik. Hətta bir çoxları rəqibi favorit görür. Sabah kim daha çox hazırlaşıbsa, o qalib gələcək. Biz ötən mövsüm yaxşı təcrübə yığmışıq. Favorit olmağımız bizi arxayınlaşdırmır.
- Yeni transfer Baqali Dobonu start heyətdə görə biləcəyik?
- Yeni transferləri komandaya mən dəvət etmişəm. Heyətə cəlb edilən futbolçulara güvənirəm. Heyəti açıqlamayacam.
saytlarin hazirlanmasi