Popoviç özünə klub axtarır
Andrey Popoviçin "Qəbələ"dən ayrıldığı haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubların Popoviçin xidmətində maraqlı deyil. Ukraynada anadan olan 24 yaşlı qolkiper ölkəsində və Türkiyədə klub axtarışındadır.
Milli komandamızın da şərəfini qoruyan qapıçı xaricdə klub tapacağı təqdirdə Azərbaycan vətəndaşlığından imtina edəcək.
Qeyd edək ki, "İnter"dən ayrılan Abdulla Abatsıyev də Azərbaycan vətəndaşlığından imtina edib.
saytlarin hazirlanmasi