Roman Qriqorçuk hücumu onunla gücləndirmək istəyir

20:01 - 3 İyul 2016

Sadiq Quliyevi fərqli mövqedə sınayır

 

Avropa Liqasının ilk təsnifat mərhələsində “Samtredia” üzərində 5:1 hesablı qələbə qazanan “Qəbələ” Premyer Liqa ilə bağlı da planlarını cızmaqdadır. Çünki avrokuboklarda əcnəbilərdən istədiyi şəkildə yararlanan Roman Qriqorçuk çempionatda limitə (5 yerli+6 əcnəbi) uyğun heyət qurmalıdır.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, ukraynalı mütəxəssis müdafiəçi Sadiq Quliyevdən çempionatda hücumçu kimi yararlanmaq niyyətindədi. Qriqorçuk məşqlərdə Sadiq Quliyevi hücumçu, hücumameylli yarımmüdafiəçi mövqeyində sınayır. Bunun limitə görə və ya sadəcə Roman Qriqorçukun futbol baxışına uyğun həyata keçirilməsi barədə dəqiq fikir söyləmək çətindir. Ancaq deyilənlərə inansaq, çalışdırıcı Quliyevdən irəli xətdə yararlanmaqda israrlıdır.

 

Qeyd edək ki, Sadiq Quliyev ötən mövsümü icarə əsasında “Zirə”də keçirib. Onun əsas mövqeyi mərkəz müdafiəçisidir. 

Xəbər xətti