"Qəbələ" kimi komandada çıxış etdiyim üçün tale üzümə gülüb" MÜSAHİBƏ

12:21 - 4 İyul 2016

"Uşaqlarım Azərbaycanda məkətəbə getsələr də, idmanla məşğul ola bilmirdilər"
 
"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay matchday.ua saytının müxbiri Artem Omelyanenkonun suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- “Qəbələ”dən necə oldu ki, ayrıldınız?
- Çox sadə. Müqaviləm başa çatdı və klubdan ayrıldım.
 
- Bəs, sizə  komandada qalmağı təklif etdilər?
- Bu haqda bilmirəm. Amma mən ayrılmaq istəyirdim. Ailəmlə bağlı bu qərarı verdim. Uşaqlarım Azərbaycanda məkətəbə getsələr də, idmanla məşğul ola bilmirdilər.
 
- “Qəbələ”də nə təcrübə qazandınız?
- Çox xoşbəxtəm ki, belə bir komandada çıxış etmişəm. "Qəbələ" kimi komandada çıxış etdiyim üçün tale üzümə gülüb. Roman Qriqorçukla və səviyyəli futbolçularla bir komandada olmuşam.Avropa Liqasında oynamaqla komanda yaxşı təcrübə qazandı. Mənfi deyil, müsbət emosiyaları xatırlamaq istəyirəm.
 
- Azərbaycana uyğunlaşmaq çətin deyildi?
- Biz oteldə qalırdıq. Qəbələ kiçik şəhərdi və burada hər şey bir-birinə yaxındır. Şərq mətbəxi bizim üçün problem yaratmadı.
 
- “Çernomorets” variantına necə baxırsız? Bəlkə oynayan məşqçi kimi çalışasınız?
- Bu haqda danışmaq hələ tezdir. Karyeramı bitirmək fikrim yoxdur.
 
- Ukraynanın AÇ-2016-dakı çıxışını necə dəyərləndirirsiniz?
- Artıq bu haqda çox müzakirələr olub. İndi bir məsələni fikirləşmək lazımdır ki, bundan sonra necə etmək lazımdır? Komandada olan problemlər həll edilməlidir. Əlbəttə, AÇ-2016-dakı çıxışı yalız uğursuz adlandırmaq olar.
 
- Siz Azərbaycanda olanda “Şaxtyor”da böyük dəyişikliklər oldu. Komandanın baş məşqçisi Mirça Luçesku da komandadan getdi…
-Belə hadisələr birdən-birə baş vermir. Luçesku “Şaxtyor”da böyük işlər görüb. Artıq komandada yeni baş məşqçi var. Fikrimcə, yeni məşqçi ilə yeni həyat mərhələsi başlayacaq.

Xəbər xətti