Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" hücumçu axtarışlarını davam etdirir.
Sportal.az Cənubi Afrikanın "Soccer Laduma" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kiprin "Anortosis" klubunun hücumçusu Dino Ndlovunun xidmətində maraqlıdır. Məlumata görə, "Qarabağ" Kipr klubuna 26 yaşlı futbolçu üçün rəsmi təklif göndərib. "Anortosis" bu transfer üçün "Qarabağ"la danışıqlar aparır.
Qeyd edək ki, Ndlovu Cənubi Afrika millisində 4 oyun keçirib. O, karyerası ərzində İsrailin "Bney Yehuda", "Makkabi" (Hayfa) klublarında top qovub. Hücumçu son mövsümdə "Anartosis"in heyətində 28 oyuna 16 qol vurub.
saytlarin hazirlanmasi