"Bildiyiniz kimi, birinci divizionda mövsüm sentyabr ayının 15-də başlayacaq. Düzü, "İnter”lə qarşılaşma planımızda deyildi. "İnter” xahiş etdi ki, onlarla təbii örtüklü meydançada yoxlama oyunu keçirək. Çünki onlar Premyer Liqanın ilk turunda "Qarabağ”la səfərdə oynayacaqlar. Komandamıza 15 yeni futbolçu gəlib. Eyni sayda futbolçu da komandanı tərk edib. Dəyişikliklə komandaya müəyyən qədər təsirini göstərir. Oyun sistemimiz hələlik ideal vəziyyətdə deyil. Yorğunluq da öz sözünü dedi. İki gün öncə AZAL-la qarşılaşmışdıq. Bütün bunlara baxmayaraq, "İnter”lə oyundan razı qaldım. Açığı, nəticələr bizə rahatlıq vermir. Ancaq qarşılaşma müəyyən mənada Premyer Liqa klubları ilə mübarizə apara biləcəyimizdən xəbər verir. Artıq yeni mövsüm üçün heyəti qurmuşam. Ola bilər ki, bir neçə dəyişiklik etdim. Bilirsiniz ki, aşağı liqada limit dəyişib. Ola bilsin ki, bir-iki legioner futbolçu güclənək”.
Sportal.az xəbər verir ki, bu sözlər "Qaradağ Lökbatan”ın baş məşqçisi Əfqan Talıbova məxsusdu.
Əfqan Talıbovun komandası ötən gün "İnter”lə yoxlama matçı keçirib. Görüş "İnter”in 2-0 hesablı qələbəsiylə başa çatıb. Oyundan sonra əməkdaşımıza açıqlama verən Talıbov komandasının gələcək planları haqqında danışıb:
"Hazırda Premyer Liqada 8 komanda var. Təbii ki, bu azdı. Düşünürəm ki, növbəti mövsüm bu say çoxalacaq. Aşağı dəstədən ən azı 4 komanda elitaya yüksələcək. Bizim də əsas məqsədimiz yüksək liqada oynamaqdı. Lisenziya işləri ilə rəhbərlik məşğul olur. Vəsiqəni təmin etmək üçün var gücümüzü ortaya qoyacağıq”.
Mütəxəssis bildirib ki, "Qaradağ Lökbatan” maliyyə azlığı səbəbindən xaricə hazırlıq keçməyəcək:
"Hazırlaşmaq üçün 45 gündən artıq vaxtımız var. Planlaşdırmışdıq ki, ölkə xaricində təlim-məşq toplanışı keçək. Türkiyəyə getmək barədə düşünürdük. Ancaq alınmadı. Bunun əsas səbəbi maliyyədi. Deyərdim ki, dolların kurs dəyişikliyi bizə mane oldu. Hazırlıqlarımızı ölkə daxilində keçirəcəyik”.
saytlarin hazirlanmasi