"Neftçala"dan ayrılan David Canalidzenin AZAL-da baxışda olması haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, gürcüstanlı hücumçunun performansı AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu razı salıb. "Təyyarəçilər" son iki mövsümü "Neftçala"da keçirən gürcüstanlı futbolçu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, AZAL daha öncə Elçin Qasımov, İlyas Səfərzadə, Elvin Mirzəyev (hər üçü "Xəzər Lənkəran"), Məhəmməd Xəlilov ("Neftçala"), Aqil Məmmədov ("Neftçi"), Ruslan Əmircanov ("İnter") və Rəşad Əzizlini ("Rəvan") də heyətinə cəlb etmişdi.
saytlarin hazirlanmasi