Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, jurnalistlərin cavablandırıb.
“Qarabağ” güclü komandadır və müdafiə xətti ilə seçilirlər. Ağır oyun olacaq.
- Şansları necə qiymətləndirirsiz?
- Çalışacağıq ki, qol vuraq. Penaltilər seriyasını heç bir klub istəmir. Şanslar bərabərdir.
- Sabah hava isti olacaq. Komandanıza problem yaratmayacaq?
- Bizim belə oyunlarımız çox olub. Avstriyada 33 dərəcə istidə oynamışıq. Moskvada isə 4 dərəcədə. Heç bir problem olmayacaq.
- Həftəsonu “Yilava” klubu ilə çempionat oyununda qarşılaşdınız. Komandada yorğunluq yoxdu?
- Biz komandanı elə bölmüşük ki, futbolçulara yorğunluğun təsiri olmur.
- Çexiyalı hakim Miroslav Zelinka “Qarabağ”ın təmiz qolunu “İnter”lə matçda qeydə almamışdı. Zelinka haqda nə deyə bilərsiz.
- Bu haqda heç bir məlumatım yoxdur.
- Stadionun ot örtüyünün son durumu sizi qane edir? Stadionun adı Tofiq Bəhramovun adını daşıyır. Bəs, onu tanıyırsız?
- Stadion çox gözəldir. Bakı da həmçinin. Xoşumuza gəldi. Tofiq Bəhramovu ancaq tanımıram. Yəqin ki, şəxsiyyətli bir insan olub.
- Zelinkadan min dəfə yaxşı hakim olub....
- ... (gülür)
- “Qarabağ” Azərbaycan üçün yaralı yerdir. Sizin bu haqda məlumatınız varmı?
- Mən müharibəyə qarşıyam. Ümid edirəm ki, bu problem tezliklə həll olunar. Hətta "Qarabağ"ın Bakıda oynamasına təəccüblənmişdik.
saytlarin hazirlanmasi