Roman Pivarnik: "Nəticəni ədalətli hesab edirəm" MÜSAHİBƏ

22:41 - 2 Avqust 2016

“Qarabağ” ÇL-nın III təsnifat mərhələsində “Viktoriya” Plzenlə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra Çexiya klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz “Qarabağ” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik jurnalistlərin suallarını cavablandırıb:

 

Axşamınız xeyir. Hamınızı salamlayıram. “Qarabağ”ın güclü olduğunu oyunçularıma dəfələrlə söyləmişdim. Rəqibin taktikasına qarşı oyun qurmuşduq. Müdafiəmizdə problem olduğu üçün “Qarabağ” ilk hissədə fərqlənə bildi. Bizim məqsədimiz qol vurmaq idi. Qoldan sonra da səbirli oynadıq. Məqsədimiz 1 qol idi ki, bunu da bacardıq.

 

- Nəticəni ədalətli hesab edirsiz?

- Nəticə ədalətli hesab edirəm. 

 

- Bəlkə, bəxtinizin gətirdi?

- Qapımıza qol vurulandan sonra biz də hücumlar etdik. Bir az bəxtimiz gətirdi.

 

- Stadionda belə atmosferin olacağını gözləyirdiniz?

- Fantastik idi. Eşitmişdik. Çox xoşumuza gəldi. 

Xəbər xətti