Rəşad Sadıqov: "Hər şeydə bir xeyir var" MÜSAHİBƏ

01:38 - 3 Avqust 2016

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la Çexiya “Viktoriya”sı arasındakı cavab matçından sonra ağdamlıların kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyun haqda nə söyləyə bilərsiz?
- Belə oyundan sonra nəsə deməyin mənası yoxdur. Top boş qapıya düşmür… Rəqibin 2 oyuna görə real  qol vəziyyəti olmadı. Qismət belə imiş. Təəssüf ki, mərhələni adlamadıq.


- Qol vəziyyətində Əfran İsmayılova iradınızı bildirdiniz?
- Yox, irad bildirmədim. Əvvəlcə də demişdim ki, ortada daha çox olsun. Dediyimi etsəydi, fərqli olardı.


- Sizcə, mərhələni adlamamağınızın səbəbi nədir? Qismət, yoxsa bəxtsizlik?
- Bunu sırf olaraq qismətlə bağlayıram. Başqa deyiləcək sözüm yoxdur. Hər şeydə bir xeyir var. Bir zərbədən sonra hər şey dəyişdi. 

- Əvəzetmələr haqda nə söyərdiniz? Riçard Almeyda sona qədər oynasaydı, olmazdı?
- Hamısı yerində idi. Oyuna biz nəzarət edirdik. Almeyda yorulduğunu dedi və əvəzləndi.


- Qoldan sonra hücumçu kimi çıxış etdiniz…
- Qurban müəllim irəli atılmağımı istədi. Çalışırdım ki, komandaya irəlidə kömək edim.
 
- Avropa Liqasının pley-off mərhələsinə köklənmək çətin olmayacaq ki?
- Çətin olacaq, hər kəs çöküb. Başqa cür uduzsaydıq, bizə bu qədər təsir etməzdi. Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirdik. İstəyimizə çatmağa çox yaxın olsaq da, sonda hər şey əlimizdən çıxdı.

Xəbər xətti