Tahir Gözəl: "Hədəfimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqdır"

02:14 - 3 Avqust 2016

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ”la Çexiya "Viktoriya”sı arasındakı cavab matçından sonra ağdamlıların vitse-prezidenti Tahir Gözəl oyunla bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Tahir Gözəl nəticəyə görə məyus olduqlarını bildirib:
 

"Nəticəyə görə çox məyusuq. Üstünlük bizim tərəfimizdə idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 imkanı oldu və ondan da istifadə etdi. Xalqımıza qələbə sevinci yaşatmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Biz Qurban Qurbanovun işinə qarışa bilmərik. Rəqib komandanın rəhbərliyi ilə söhbət etmişik. Bildirdilər ki, çempionat oyunlarında hər matça 12 min azarkeş yığılır. Biiz də hər oyuna 12 min azarkeş yığsaq, uğur olar. Azarkeşlərimizə atmosefərə görə təşəkkür edirəm”.
 
Tahir Gözəl hədəflərinin Avropa Liqasının qrupunda oynamaq olduğunu bildirib:
 
"Qarabağ” əlindən gələni etdi ki, mərhələni adlasın. Çox gözəl oynadıq. Bizim bəxtimiz gətirmədi. Hədəfimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqdır”.

Xəbər xətti