Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la Çexiya “Viktoriya”sı arasındakı cavab matçından sonra Plzen təmsilçisni pley off mərhələsinə yüksəldən qolun müəllifi olan Mixael Krmençik Sportal.az saytına açıqlama verib.
23 yaşlı hücumçu "Qarabağ"ın müdafiə xəttini xüsusu fərqləndirib:
"Qarabağ" çox güclü komandadır. Xüsusilə də müdafiə xəttinddə. Bizə qol vurmaq lazım idi. Çox sevincliyik. Hisslərimi sözlə ifadə edə bilmirəm. Qol vurduğum üçün xoşbəxtəm. Futbol tanrısı bizim tərəfimizdə idi. "Qaraba"a Avropa Liqasında uğurlar arzu edirəm. Həqiqətən də güclü komandadırlar. İmkan olsaydı, hər iki komandanın pley off mərhələsinə yüksəlməsini istərdim. Amma nə edək? Bu, futboldur".
- Karyeran ərzində 5 klubda icarə əsasında çıxış etmisən. Özünü Roman Pivarnikə sübut etdin?
- Sona 5 dəqiqə qalmış fantastik qol vurdum. Klubum bu qolla 5 milyon avroya yaxın gəlir əldə etdi. Ümid edirəm ki, Pivarnik məndən razı qaldı. Bu, karyeramın ən vacib qolu idi".
saytlarin hazirlanmasi