"Bu oyunda azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Onlar bizi 90 dəqiqə dəstəkləyəcəklər. Stadionda möhtəşəm atmosferin olacağına əminəm".
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo Fransanın nüfuzlu “Le Parisien” nəşrinə verdiyi açıqlamasında söyləyib.
28 yaşlı hücumçu “Qəbələ”yə keçidindən danışıb:
“Qəbələ” mənə “İstr”də çıxış edən zaman da təklif göndərmişdi. Lakin mən Fransada qalmağı üstün tutdum və “Kretey”lə müqavilə imzaladım. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk məni təqib etməyə davam edirdi. Mövsüm başa çatan kimi məni “Qəbələ” “Kretey”ə mənim üçün 40 min avroluq təklif göndərdi və tərəflər razılaşdı. Bu dəfə Azərbaycana gəlmək istədim. Təsəvvür edin ki, Fransa II Liqasından Avropa Liqasında oynayan kluba keçdim. Gözəl deyilmi? Özümü xoşbəxt hiss edirəm”
Dabo Bakı şəhərinin gözəlliyini xüsusi qeyd edib:
“Azərbaycanlılarla ingilis dilində ünsiyyət qurmağa cəhd edirəm. Yaşadığımız Bakı şəhəri həqiqətən də gözəldir. Mənə mini Dubayı xatırladır. Digər futbolçular kimi, “Qafqaz” oteldə qalıram. Oteli Kreteydəki 54.2 kv.m-lik evə dəyişmişəm (gülür)".
saytlarin hazirlanmasi