Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” sabah ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Lill”i qəbul edəcək.
Sportal.az xəbər verir ki, “Lill”in baş məşqçisi Frederik Antonetti oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablanıdırıb.
- İlk oyunda “Lill” zəif təsir bağışladı. “Qəbələ”ni yaxşı analiz etməmişdiniz? Yoxsa komandaya əhəmiyyət vermədiniz?
- Deməzdim ki, zəif təsir bağışladıq. Hesab edirəm ki, sabah baş tutacaq oyunda komandamızın nəyə qadir olduğunu sübut edəcəyik.
- İlk oyunda komandanın 70 faiz hazır olduğunu bildirmişdiniz. Bəs, bu oyudna necədir?
- Demək istərdim ki, bu, bəlkə də bizim bəzi futbolçularımızın oynamasına görə idi. Sabah baş tutacaq oyun üçün proqnoz verə bilmərəm.
- “Lill” “Qəbələ”ni keçə bilməsə, faciə sayılacaq?
- Bu bizim üçün faciə olacaq. Uğursuz nəticə kimi qiymətləndirərəm.
- İlk matçda “Qəbələ”dən belə oyun gözləyirdiniz?
- Bəli. “Qəbələ” güclü komandadır. Onların oyununu izləmişdik.
- Sabah üçün iddialısız?
- Hesab edirəm ki, biz də güclüyük. “Qəbələ” kimi biz də iddialıyıq.
- İlk dəqiqələrdən hücum futbolu nümayiş etdirəcəksiniz?
- Bizim taktikalarımız var. Bunu indidən deyə bilmərəm.
- Ederi ilk dəqiqələrdən oyunda görə biləcəyik?
- Böyük ehtimalla start heyətdə oynayacaq.
saytlarin hazirlanmasi