Mövsüm başa çatdıqdan sonra "İnter"dən ayrılan Kamran Ağayevin yeni klubu məlum olub.
Sportal.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl "Səbail" klubunda məşqlər edən Ağayev "Sumqayıt"ın düşərgəsinə qoşulub. Təcrübəli qolkiper "kimyaçılar"ın heyətində ilk məşqini də keçirib.
30 yaşlı futbolçu "Sumqayıt" rəhbərliyi ilə müqavilə barədə danışıqlar aparıb. O, yeni klubu ilə 6 aylıq müqavilə imzalayacaq.
saytlarin hazirlanmasi