Frederik Antonetti: "Qəbələ" bu qələbəyə layiq idi" MÜSAHİBƏ

23:17 - 4 Avqust 2016

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma meydanında Fransanın "Lill” komandasını qəbul edib. Qarşılaşma "Qəbələ”nin 1-0 hesablı qələbəsiylə başa çatıb. İki oyunun nəticəsinə görə, "Qəbələ” mərhələ adlayan tərəf olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Lill”in baş məşqçisi Frederik Antenotti fikirlərini bildirib:

 

 

- Oyundan sonra nə hisslər keçirirsiz?

- Deyərdim ki, hər iki komanda yaxşı oynadı. Hər şey yüksək səviyyədə idi. Təəssüf edirəm.

 

- Uduzacağınızı gözləyirdiniz?

- “Qəbələ” ilə Fransada da çətinlik çəkmişdik. Onlar qələbəyə layiq idi. “Qəbələ”də yaxşı futbolçular var

 

- Oyunçuları oyuna necə köklədiniz?

- Bizim futbolçularımızda motivasiya yüksək idi. Amma istədiyimizi əldə edə bilmədik.

 

- “Qəbələ”nin oyununu necə dəyərləndirirsiniz?

- Super.

 

- Püşkdən sonra “Qəbələ” haqda nə düşünürdünüz? Azərbaycan klubları heç vaxt Fransa klublarını məğlub etməməmişdi. İndi nə düşnürsüz?

- Oyundan əvvəl “Qəbələ”nin oyunlarını izləmişdik. “Qəbələ” güclü futbolçulardan təşkil olunmuş komandadır. “Qəbələ” bu qələbəyə layiq idi.

Xəbər xətti