Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma meydanında Fransanın "Lill” komandasını qəbul edib. Qarşılaşma "Qəbələ”nin 1-0 hesablı qələbəsiylə başa çatıb. İki oyunun nəticəsinə görə, "Qəbələ” mərhələ adlayan tərəf olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:
- Sizi belə sevincli görməmişdik. “Lill”I keçdiyiniz üçün beləsiz, yoxsa qələbəni Cavid Hüseynova hədiyyə etdiyiniz üçün belə sevinclisiz…
- Bu oyun həqiqətən də xüsusi idi. Hər şeyə görə sevindik. Cavid Hüseynova qələbəni həsr etdiyimiz üçün sevincliyik. Azarkeşlər çox gözəl atmosfer yaratmışdı. 15-20 ildən sonra bir yerdə otursaq, bu qələbəni yada salacağıq, söhbətləşəcəyik. Bu matçın detallarnı müzakirə edəcəyik.
- Klublarımız Fransa təmsilçisini ilk dəfə mübarizədən kənarlaşdırdı…
- Bunu bilmirdim. Yaxşı oldu ki, bu tilsimi qırdıq.
- Çempionatda limit məsələsi ilə nə deyə bilərsiz? Çünki heyətdəki legionerlər Premyer Liqada kömək edə bilməyəcəklər…
- Limit məsələsi çox faydasızdır. Bu heç nəyə kömək etmir. Nə milli komandaya, nə də klublara faydası yoxdur.
- “Kəpəz”lə oyunun təxirə salınmasını istərdiz?
- Xeyr. Təqvimdən qaça bilmərik.
- Bu qələbə sizi səhərə qədər yatmağa imkan verəcəkmi?
- Elə bir rejimə öyrənmişəm ki, 4-dən tez yata bilmirəm. Amma gərginəm. Əlbəttə bu, pozitiv gərginlikdi. Yəqin ki, səhərə kimi yata bilməyəcəm.
- Niyə yalnız 1 əvəzəetmə etdiniz?
- Bizim taktikamız işləyirdi. Ozobiçi zədələndiyi üçün əvəzlədim. Bizim taktiki gedişimi çox düzgün işlədi.
- Baş məşqçi kimi çoxlu zəfərlər qazanmısız. Bu qələbəni sizin üçün ən yadda qalan hesab etmək olar?
- Bu gün qazanılan qələbə yadımda qalacaq. “Çernemorets”də işlədiyim vaxt səfərdə PSV-ni 1:0 hesabı ilə udmuşduq. O qələbənin də öz yeri var idi.
saytlarin hazirlanmasi